"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" komandaları arasında keçiriləcək dostluq oyununun vaxtı açıqlanıb.
Milli.Az xəbər verir ki, bu barədə "Turan Tovuz" PFK məlumat yayıb.
Qeyd olunub ki, qarşılaşma oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)