Müğənni Tacir Şahmalıoğlu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.
Milli.Az xəbər verir ki, sənətçi axşam.az-a açıqlama verən hazırda xəstəxanada olduğunu deyib. O bildirib ki, öd kisəsində problem yaranıb və təcili əməliyyat olunub:
"Öd kisəm deşildi, xəstəxanaya gəldim, təcili əməliyyat olundum. Hazırda yaxşıyam. Bir-iki gün sonra evə buraxılacağam".
T. Şahmalıoğlu son günlər xeyli çəki itirməsinə də aydınlıq gətirib:
"Diabet xəstəsiyəm. Şəkərə görə 25 kiloqram çəki atmalıyam. Ona görə də arıqlayırdım. İndi bu əməliyyat ortaya düşdü, qaldı belə".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)