Naxçıvan şəhərində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Naxçıvan Dövlət Milli Dram Teatrı arasında qarşılıqlı yaradıcılıq və tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbirdən öncə hər iki teatrın nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyinə baş çəkərək, dahi rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Ardınca keçirilən rəsmi mərasimdə sənədə AkademikMilli Dram Teatrının direktoru, Əməkdar mədəniyyətişçisi İlham Əsgərov və Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov imza atıblar.
Vurğulanıb ki, Memorandumun imzalanması Bakı vəNaxçıvan teatr mühitinin inteqrasiyası, eləcə də milliteatr sənətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Sənəddə Bakı və Naxçıvanın regional kimliyini təmsiledən teatrlar arasında yaradıcı mübadilə, 21-ci əsrin yenisənət platformalarının müzakirəsi, birgə tamaşalayihələrinin və festivalların təşkili, eləcə də forum vəustad dərslərinin keçirilməsi kimi mühüm bəndlər əksinitapıb.
İmzalama mərasimində Akademik Milli Dram Teatrınındirektoru İlham Əsgərov çıxış edərək bu sənədin Bakı iləNaxçıvanın sənət mühiti arasında strateji körpüolduğunu, iki teatrın yaradıcı potensialını birləşdirərəkgənc nəsil üçün yeni üfüqlər açacağını bildirib.
Qurulan əməkdaşlığı vacib hadisə kimi dəyərləndirənNaxçıvan Dövlət Milli Dram Teatrının direktoru Mir Qabil Əkbərov vurğulayıb ki, bu tərəfdaşlıq Naxçıvanteatrının təkcə respublika miqyasında deyil, beynəlxalqfestivallar müstəvisində də inteqrasiyasına və təmsilolunmasına böyük şans yaradır.
Rəsmi imzalama mərasiminin sonunda tərəflər arasındaxatirə hədiyyələri təqdim olunub.