Müğənni Pünhan Priyevin toy mərasimində duyğulu anlar yaşanıb.
Milli.Az-ın məlumatına görə, məclis zamanı gəlinin qardaşı emosional anlar keçirib. O, bacısının toyunda kövrəlib və göz yaşlarına hakim ola bilməyib.
Gəlinin qardaşının yaşadığı bu anlar məclisdəki qonaqların da diqqətini çəkib. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılıb və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)