Əməkdar artist Mətanət İsgəndərli nəvəsi Ruhlanın doğum gününü qeyd edib.
Milli.Az xəbər verir ki, Ruhlanın 13 yaşı münasibətilə təşkil olunan məclisdə onun yaşıdları və ailə üzvləri bir araya gəlib. Mətanət İsgəndərli də nəvəsinin özəl günündə onun yanında olub.
Sənətçi ad günü məclisinin təşkilində yaxından iştirak edib. O, həmçinin ifaları ilə məclisə rəng qataraq uşaqlar üçün əyləncəli anlar yaşadıb.
Gecədən görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)