"Araz-Naxçıvan" baş məşqçi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırıb.
Bu barədə Milli.Az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Hər iki mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, Zaur İsmayılovla Cavid Hüseynov cari mövsümün əvvəlindən "Araz-Naxçıvan"da çalışırdılar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)