Şair və qiraətçi Nazilə Səfərli müğənni Tacir Şahmalıoğlunun səhhəti və son görünüşü ilə bağlı fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, o, sənətçinin əməliyyatdan sonra xeyli çəki itirməsinə diqqət çəkərək sosial şəbəkələrdə onun haqqında yazılanlara münasibət bildirib:
"Dünənə kimi Tacir Şahmalıoğlu ilə yola getməyənlər, indi ona sənətkar deyir. Əməliyyat olub, nə olub ki, şəkərdən azad olub, gözü aydın olsun. Belə də kilo verib. Sonra da qrip oldu. 'Yazıqlaşıb' deyə hamısı yazır".
Qeyd edək ki, Tacir Şahmalıoğlu səhhətində yaranan problemlə əlaqədar əməliyyat olunub. Sənətçi müdaxilədən sonra xeyli çəki itirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)