Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvan ilə Moskva arasındakı mövcud münasibətlərdən və gələcək perspektivlərdən danışıb.
Milli.Az xəbər verir ki, hökumət başçısı iki ölkə arasındakı əlaqələrin dəyişməsinin qaçılmaz olduğunu vurğulayıb.
Paşinyanın sözlərinə görə, bu proses konkret hansısa şəxsdən və ya siyasi qüvvədən asılı deyil:
"Rusiya ilə münasibətlərimiz qaçılmaz olaraq dəyişəcək. Bu, hər hansı bir şəxs və ya siyasi qüvvə ilə bağlı deyil. Hakimiyyətdə kim olursa-olsun, Ermənistan və Rusiya münasibətləri bundan sonra əvvəlki kimi olmayacaq".
Baş nazir qeyd edib ki, tərəflər yaranmış yeni reallıqlara və şəraitə uyğunlaşmalıdırlarsa da, bu dəyişikliklər prosesi artıq geri dönməz xarakter alıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)