Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) və Bakı Ali Neft Məktəbində (BANM) bu həftə dərslər onlayn rejimdə keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə "Yeni Sabah"a verilən məlumata görə, qərar Formula 1 Bakı Qran Prisi ilə əlaqədar qəbul edilib.
Belə ki, yarışla əlaqədar Bakıda bir sıra ərazilərdə hərəkət məhdudiyyətlərinin tətbiq olunması nəzərə alınaraq, universitetlərdə tədrisin onlayn formatda təşkilinə qərar verilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)