Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera

21 Sentyabr 2026 16:13

21-27 sentyabr həftəsində səma əvvəlcə xoş xəbərlər, yeni fürsətlər və intensiv ünsiyyət vəd edir. Lakin həftənin ikinci yarısından etibarən vəziyyət dəyişə bilər.

Milli.Az xəbər verir ki, astroloq Dinçer Günerin sözlərinə görə, həftənin ilk günlərində Merkuri-Yupiter əlaqəsi razılaşma, müqavilə, təhsil, səyahət, reklam, satış və marketinq kimi sahələrdə dəstəkləyici inkişaflar gətirə bilər.

Həftəsonuna doğru isə Qoç bürcündəki Dolunay münasibətlərdən karyeraya, maliyyədən sosial çevrəyə qədər bir çox sahədə mühüm nəticələrə səbəb ola bilər. Xüsusilə cümə axşamından sonra veriləcək qərarlarda tələsməmək və emosiyaların təsiri altında hərəkət etməmək tövsiyə olunur.

Qoç

Qoçlar üçün həftənin əsas mövzusu öz istəkləri olacaq. Başqalarının gözləntilərinə uyğun yaşamaqdan yorulanlar həyat tərzində, görünüşündə və münasibətlərində dəyişiklik etmək istəyə bilər. Dost çevrəsi və sosial mediadan mühüm məlumat əldə etmək mümkündür. Subay Qoçların həyatına yeni biri daxil ola bilər. Lakin astroloq ilk təəssürata əsasən tələsik qərar verməməyi tövsiyə edir.

Buğa

Buğalar üçün daxili dəyişiklik dövrü başlayır. Uzun müddətdir görməzdən gəldikləri bir məsələ yenidən gündəmə gələ bilər. Yuxular və intuisiya da diqqət çəkə bilər. İş həyatında dəyişiklik etmək, yorucu iş rejimindən uzaqlaşmaq ehtiyacı yarana bilər. Maliyyə məsələlərində isə gözlənilməz gəlir və ya xərc gündəmə gələ bilər.

Əkizlər

Əkizlərin sosial çevrəsində mühüm dəyişikliklər mümkündür. Bir dostluq sona çata, yeni və fərqli bir çevrəyə daxil olmaq gündəmə gələ bilər. Uzun müddətdir arxasınca getdikləri bir məqsədlə bağlı nəticə əldə edə bilərlər. Eşq həyatında isə dostluqla sevgi arasındakı sərhəd qarışa bilər.

Xərçəng

Xərçənglərin diqqəti karyera və iş həyatına yönələcək. Uzun müddətdir üzərində çalışdıqları məsələ nəticələnə, vəzifə dəyişikliyi və ya yeni iş təklifi gündəmə gələ bilər. Rəhbərlərlə münasibətlərdə mühüm söhbət yaşana bilər. Ev və iş arasındakı tarazlığı yenidən nəzərdən keçirmək lazım gələcək.

Şir

Şirlər üçün xaric, təhsil, səyahət və media ilə bağlı məsələlər ön plana çıxır. Təhsil proqramının başa çatması, yeni kursa başlama və ya səyahət planının dəqiqləşməsi mümkündür. Dost çevrəsindən gələn gözlənilməz təklif Şirlərin planlarını dəyişə bilər.

Qız

Qızların gündəmində pul, kredit, borc və digər maliyyə məsələləri olacaq. Bir ödəniş başa çata və ya yeni maliyyə planı ortaya çıxa bilər. Lakin astroloq kredit və investisiya məsələlərində diqqətli olmağı, rəqəmləri emosiyalarla deyil, reallıqla qiymətləndirməyi tövsiyə edir.

Tərəzi

Tərəzilər üçün münasibətlər baxımından diqqətçəkən həftə olacaq. Evlilik, sevgililik və tərəfdaşlıq münasibətlərində mühüm qərarlar verilə bilər. Uzun müddətdir gizli qalan problem artıq açıq şəkildə müzakirə oluna bilər. Yeni tanışlıqlarda isə qarşı tərəfin sözlərindən çox davranışlarına diqqət yetirmək tövsiyə edilir.

Əqrəb

Əqrəblərin əsas gündəmi iş və gündəlik həyat olacaq. İş yükünün artması və ya iş rejiminin dəyişməsi mümkündür. Yeni qidalanma və idman rejiminə başlamaq istəyi yarana bilər. Lakin sağlamlıqla bağlı mövzularda möcüzə vəd edən üsullara inanmamaq tövsiyə olunur.

Oxatan

Oxatanlar üçün eşq, flört və yaradıcılıq ön plana çıxacaq. Mövcud münasibətdə statusla bağlı söhbət gündəmə gələ bilər. Subay Oxatanların diqqətini indiyədək zövqlərinə uyğun olmayan biri çəkə bilər. Yaradıcılıqla məşğul olanların işləri isə gözlənildiyindən daha çox diqqət görə bilər.

Oğlaq

Oğlaqların gündəmində ev və ailə məsələləri olacaq. Köç, ev alqı-satqısı, təmir və ailə daxilində mühüm qərarlar gündəmə gələ bilər. İş rejimində dəyişiklik də mümkündür. Evdən işləmək və ya yeni iş sistemi ilə bağlı qərar verilə bilər.

Dolça

Dolçalar üçün xəbərlər, görüşlər və müqavilələr baxımından hərəkətli həftə olacaq. Gözlənilən telefon zəngi və ya mesaj gələ, mühüm görüşün nəticəsi bəlli ola bilər. Sosial media və rəqəmsal layihələrlə məşğul olan Dolçalar diqqətçəkən nəticə əldə edə bilərlər. Lakin eşitdikləri hər məlumatı dərhal doğru qəbul etməmələri tövsiyə olunur.

Balıq

Balıqlar üçün əsas mövzu pul və gəlir olacaq. Maaş artımı, əlavə qazanc, satış və ya yeni gəlir mənbəyi ilə bağlı inkişaf yaşana bilər. Bununla yanaşı, gözlənilməz böyük xərc də ortaya çıxa bilər. Maliyyə qərarlarında həddindən artıq optimist davranmamaq və bütün hesablamaları əvvəlcədən aparmaq tövsiyə olunur.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)