Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı

21 Sentyabr 2026 15:07

ABŞ Prezidenti Donald Tramp İran Prezidenti Məsud Pezeşkianla görüşə açıq olduğunu bildirib.

Milli.Az xəbər verir ki, Tramp bu həftə BMT Baş Assambleyası çərçivəsində İran lideri ilə görüşə biləcəyini deyib.

O, İranla bağlı qərar vermək mərhələsində olduğunu və yaxın gələcəkdə "böyük hadisələrin" baş verə biləcəyini bildirib.

Trampın açıqlaması ABŞ-İran müharibəsinin diplomatik yolla başa çatdırılması ehtimalını gündəmə gətirib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)