Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək

21 Sentyabr 2026 14:40

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC artan sərnişin tələbatını qarşılamaq üçün 26 və 27 sentyabr tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçirəcək.

Bu barədə ADY məlumat yayıb.

"Eyni zamanda, bu istiqamətlərə Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz", - deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı 18 mart 2023-cü ildən fəaliyyətə başlayıb.

Həmin tarixdən "Azərbaycan Dəmir Yolları" Bakı-Gəncə-Bakı sürətli qatarının marşrutunu Ağstafa stansiyasına qədər uzadıb və bununla Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişindaşımaya başlanılıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)