Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin ilkin nəticələri açıqlanıb.
Milli.Az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, seçici fəallığı 59,32 faiz təşkil edib.
Bildirilib ki, səslərin 95,45 faizinin hesablanmasından sonra "Vahid Rusiya", Rusiya Federasiyası Kommunist Partiyası, Rusiya Liberal Demokrat Partiyası və "Yeni İnsanlar" 5 faizlik seçki baryerini keçib. "Ədalətli Rusiya" partiyası isə hələlik 5 faizlik həddi keçmək şansını saxlayır.
İlkin hesablamalara əsasən, "Vahid Rusiya" Dövlət Dumasında 355 mandat əldə edə bilər. Digər partiyalar arasında Kommunist Partiyasının 40, Liberal Demokrat Partiyasının 25, "Yeni İnsanlar"ın isə 20 mandat qazanacağı gözlənilir.
Pamfilova yekun nəticələrin sentyabrın 25-də açıqlanacağını bildirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)