Azərbaycanlı hakim dünya çempionatında

21 Sentyabr 2026 14:30

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq.

Bu barədə Milli.Az-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər heyətinə daxil edilib.

Dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)