Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)

21 Sentyabr 2026 13:47

Formula 1-in rəsmi sosial media hesabında Azərbaycan Qran-Prisi ilə bağlı paylaşım diqqət çəkib.

Milli.Az xəbər verir ki, paylaşımda "Biz yenə Bakıdayıq!" sözlərinə yer verilib. Həmçinin Bakı şəhərində yarış həftəsinin start götürdüyü bildirilib.

Qeyd edək ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da Bakıda keçiriləcək.

Müəllif: Tural Hüseyn