Xaçmaz icra başçısının birinci müavini vəzifəsindən azad olunub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Xaçmaz icra başçısının birinci müavini Anar Oruclu öz ərizəsi ilə işdən çıxıb.
A.Oruclunun işdən öz ərizəsilə çıxmasının səbəbi isə digər vəzifəyə təyin olunması olub.
Belə ki, A.Oruclu 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)