İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb

21 Sentyabr 2026 11:42

ABŞ-ın sanksiya tətbiq etdiyi İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb.

Milli.Az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun Gürcüstan xidməti məlumat yayıb.

Məlumata görə, İran aviaşirkətləri Gürcüstana sonuncu reyslərini sentyabrın 20-də həyata keçiriblər. Sentyabrın 21-dən etibarən isə həmin aviadaşıyıcıların Gürcüstanın aviasiya bazarındakı fəaliyyəti məhdudlaşdırılıb.

Qeyd edək ki, sentyabrın 8-də ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın 27 aviaşirkətini sanksiyalar siyahısına daxil edib. Siyahıda İran və Gürcüstan arasında uçuşlar həyata keçirən aviadaşıyıcılar da yer alıb.

ABŞ-ın qərarından sonra Gürcüstanın Mülki Aviasiya Agentliyi sanksiya rejiminə tam əməl ediləcəyini açıqlayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)