Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində keçirilən tədbir zamanı monitor aşıb.
Milli.Az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, ehtiyatsızlıqdan iriölçülü LED ekran insanların dayandığı yerə düşüb.
Hadisə nəticəsində bir qadının xəsarət aldığı qeyd edilib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)