Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb.
Milli.Az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)