Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)

21 Sentyabr 2026 10:37

Çinin Quandun vilayətinin Foşan şəhərində tekstil fabrikində güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib.

Yanğının baş verdiyi ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Hadisənin başvermə səbəbləri və yanğının digər mümkün nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)