Bu gün Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək

21 Sentyabr 2026 09:56

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin məhkəməsi keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iş üzrə hazırlıq iclasına hakim Murad Aslanov sədrlik edəcək.

İttiham aktında R.Mehdiyevin sabiq köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxs qismində yer alıb. Onun da cinayət işinə R.Mehdiyevin işi ilə birlikdə baxılacaq.

R.Mehdiyevə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə yönəlik əməllər), 274 (dövlətə xəyanət), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) və 311 (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Xəbər yeniləcək

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)