Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın şərqində həyata keçirdiyi hava zərbəsi nəticəsində azı üç nəfər həlak olub.
Milli.Az xəbər verir ki, aviazərbə gecə saatlarında Kunar vilayətinin Nurqal rayonuna endirilib.
Hadisə ilə bağlı Pakistan tərəfi hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Kabil Pakistanın Əfqanıstan ərazisinə endirdiyi hava zərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini açıqlayıb.
Pakistanın müdafiə naziri Xavaca Asif isə ölkəsi ilə Əfqanıstandakı "Taliban" hökuməti arasında açıq silahlı qarşıdurmanın yarandığını bildirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)