Joze Mourinyo "Real"ın məşq prosesində yeniliklər tətbiq edib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Madrid klubunun məşq meydançasında taktiki hazırlıq üçün böyük ekran quraşdırıb.
Mourinyo həmin ekrandan oyunçulara taktiki tapşırıqları izah etmək və oyun epizodlarını nümayiş etdirmək üçün istifadə edir.
"Real"ın özü də tətbiq olunan yeniliklərlə bağlı yeni video yayımlayıb. Görüntülərdə futbolçuların arxasındakı bəzi detalları tam ayırd etmək mümkün olmasa da, klubda məşq prosesinin yeniləndiyi diqqət çəkir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)