“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp

20 Sentyabr 2026 19:52

"Pezeşkianla görüşməyə hazıram".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Fox News"a müsahibəsində deyib.

ABŞ Prezidenti İranla bağlı qərar vermək mərhələsində olduğunu bildirib. O, İranla razılaşma əldə etmək, yoxsa İrana qarşı daha sərt addımlar atmaq barədə düşündüyünü söyləyib.

Prezident İranla bağlı yaxın gələcəkdə tədbirlər görülməli olduğunu vurğulayıb.

Tramp BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, "Tasnim"in məlumatına görə, son anda dəyişiklik olmadığı təqdirdə Pezeşkianın ABŞ-yə səfəri planlaşdırılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)