Andrey Babiş AB-ni impotent adlandırdı

20 Sentyabr 2026 16:09

Ukrayna münaqişəsinin həlli üçün sülh təşəbbüslərinin olmaması Avropa Birliyinin impotentlik əlamətidir.

Milli.Az xəbər verir ki, bunu Çexiya Baş naziri Andrey Babiş deyib.

"Avropa sülh danışıqları aparmaq istəmir. Hamı yalnız müharibədən danışır. Bu, inanılmazdır. Avropanın impotentliyi dəhşətlidir. Şübhəsiz ki, biz silahlanmalı və hər hansı bir hadisə baş verəcəyi təqdirdə hazır olmalıyıq. Bəs Avropanın təşəbbüsü haradadır?", - Babiş bildirib.