Bu gün Şamaxıda Üzüm və Şərab Festivalının ikinci günüdü.
Qonaqlar festivalda axşam saatlarınadək pavilyonları gəzərək müxtəlif növ üzüm və üzüm məhsullarının, şərabların dadına baxa bilər.
Bu gün festivalın əyləncədolu proqramında Avroviziya təmsilçimiz Dilarə Kazımova, Teymur Süleymanbəyli, Xalq artisti Zülfiyyə Xanbabayeva, eləcə də DJ Kamonun çıxışları olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)