Rusiyada ayı 2 nəfəri parçaladı

20 Sentyabr 2026 13:59

Rusiyanın Tomsk vilayətinin Kolpaşevo rayonunda ayının hücumu nəticəsində iki nəfər ölüb.

Milli.Az Rusiya mediasına istinadən xəbər verir ki, 44 yaşlı ferma işçisi sentyabrın 18-də itkin düşən inəyi axtarmaq üçün Sever kəndi yaxınlığındakı meşəyə gedib və geri qayıtmayıb.

Ertəsi gün onu axtarmağa yollanan 46 yaşlı kənd sakinindən də xəbər almaq mümkün olmayıb. Sentyabrın 20-də hər iki şəxsin meyiti meşəlik ərazidə aşkarlanıb.

İnsanlara hücum etdiyi bildirilən ayı zərərsizləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)