Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.
Milli.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır.
Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.
Xatırladaq ki, Azərbaycan həmin il lokal xarakterli antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən Azərbaycanda 20 Sentyabr - Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)