Şimali Koreya Yapon dənizi istiqamətində naməlum mərmi buraxıb.
"Yonhap" xəbər agentliyinin Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinə istinadən yaydığı məlumata görə, buraxılış Cənubi Koreya hərbçiləri tərəfindən qeydə alınıb.
Hadisənin detalları və mərminin növü barədə hələlik əlavə məlumat açıqlanmayıb.