Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak edəcək.
Milli.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Hökumət başçısının sentyabrın 24-də Baş Assambleyanın ümumi müzakirələrində çıxışı nəzərdə tutulub.
İrakli Kobaxidze Nyu-Yorka səfəri çərçivəsində, həmçinin "Çoxtərəfli tərəfdaşlıq" sammitinə və Finlandiyanın təşkil etdiyi sülh mövzusunda yüksək səviyyəli panel müzakirəsinə qatılacaq. Onun müxtəlif dövlətlərin liderləri, eləcə də BMT-nin Baş katibi Antonio Quterreş ilə ikitərəfli görüşləri də planlaşdırılır.
Baş naziri səfərdə müavini və xarici işlər naziri Maka Boçorişvili, hökumət administrasiyasının rəhbəri Levan Jorjolianidən ibarət nümayəndə heyəti müşayiət edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)