Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)

27 Sentyabr 2026 12:24

Maşın təmiri sexində divarlara vurulan qeyri-adi elanlar sosial şəbəkələrdə maraq doğurub.

Milli.Az xəbər verir ki, kadrlarda avtomobil ustasının müştərilərin çoxsaylı sual və müraciətlərindən narazılığını fərqli üsulla ifadə etdiyi görünür. Usta müştərilərin tez-tez verdiyi suallara cavabları əvvəlcədən yazılı şəkildə hazırlayaraq sexin divarlarına yapışdırıb.

Qeyri-adi yanaşma həm gülüşə, həm də müzakirələrə səbəb olub. Görüntüləri izləyən sosial şəbəkə istifadəçiləri ustanın müştərilərə verdiyi cavablarla bağlı müxtəlif fikirlər bildiriblər.

Video qısa zamanda çoxsaylı baxış və reaksiyalar toplayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)