Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)

20 Sentyabr 2026 00:28

Bilgəhdə yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsində məskunlaşan Mələknisə Əzimovanın Şamaxıya köçürüləcəyi iddia edilir. Ona görə də yaxınları narahatdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, 78 yaşlı Mələknisə Əzimova 5 ilə yaxındır ki, Bilgəhdə yerləşən ahıl şəxslər üçün sosial xidmət müəssisəsində yaşayır.

Nəvəsi deyir ki, indi onu yaşadığı yerdən çıxardıb başqa yerə, hətta Şamaxıya yerləşdirmək istəyirlər. İddia edir ki, bu barədə müəssisə rəhbəri ona bildirib.

Nəvə deyir ki, nənəsi 2 oğul və bir qız övlada sahibdir. Oğlanları vəfat edib. Ahıllar evinə yerləşdirilərkən yataq xəstəsi olub. Ancaq bir gün ona müəssisə tərəfindən məlumat verilib ki, əlliklə bağlı sənəd düzəldilməlidir. 

78 yaşlı Mələknisə Əzimovanın illərdir sığındığı ahıllar evinə üz tutduq.

Məsələ ilə əlaqədar Sosial Xidmətlər Agentliyindən bildirildi ki, Mələknisə Əzimova müəssisəyə 2019-cu ildən yerləşdirilib.

Bildirildi ki, qadına damar mənşəli demensiya diaqnozu qoyulub. Bu il sentyabrın 4-də həmin diaqnoz nəzərə alınaraq ona müvafiq əlillik dərəcəsi təyin edilib. Onun Sosial Xidmətlər Agentliyinin digər müəssisəsinə köçürülməsinə qərar verilib.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)