Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)

19 Sentyabr 2026 23:30

Paytaxtın Nizami rayonunda yerləşən 238 nömrəli məktəbin həyətyanı sahəsində yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın nəticəsində məktəbin ərazisində yerləşən tikilinin təxminən 20-25 kvadratmetr sahədə dam örtüyü və içərisindəki əşyalar yanıb.

Yanğın qısa müddətdə söndürülüb. Alovun ətraf ərazilərə, o cümlədən şam ağaclarının yerləşdiyi sahəyə yayılmasının qarşısı alınıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)