Rusiyalı müğənni Dmitri Bikbayev konsert zamanı trosdan yıxılıb.
Milli.Az xəbər verir ki, "BiS" qrupunun yenidən birləşməsindən sonra ilk böyük birgə çıxışları qəzasız ötüşməyib. Tamaşaçıların üzərindən uçduğu zaman Dmitrinin əli qəfil sürüşüb və yıxılıb. Hadisə ciddi fəsadlarla nəticələnməyib.
Dmitri tez ayağa qalxaraq oxumağa davam edib. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)