Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə növbəti özünəməxsus videosunu yayımlayıb.
Milli.Az xəbər verir ki, görüntülərdə Paşinyan avtomobildə yol gedir. Yanında portativ səsucaldıcı asılıb, fonda isə musiqi səslənir. Baş nazir kameranı da unutmayaraq əvvəlcə musiqinin ritminə uyğun hərəkətlər edir, sonda isə çox sevdiyi jestini təkrarlayaraq əlləri ilə ürək işarəsi göstərir.
Görünür, Paşinyanın keçmiş qəzetçi kimliyi onu rahat buraxmır. Hara gedir, nə edir - mütləq ya özü çəkir, ya özünü çəkdirir, sonra da görüntüləri sosial şəbəkə izləyiciləri ilə bölüşür.
Ermənistanın baş naziri siyasi fəaliyyətlə sosial media şousu arasındakı sərhədi çoxdan aradan qaldırıb. Bəzən velosiped sürür, bəzən səhər tezdən küçələrdə gəzir, bəzən də avtomobildə musiqiyə qulaq asaraq kameraya ürək göndərir.
Paşinyanın qeyri-adi sosial media "yaradıcılığından" növbəti nümunəni təqdim edirik. (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)