"Sabah" Misli Premyer Liqasında ardıcıl beşinci qələbəsini qazanıb.
Milli.Az-ın məlumatına görə, komanda VI turda "İmişli"ni məğlub edib.
Qarşılaşma 3:1 hesabı ilə bitib. 20-ci dəqiqədə qonaqların qapıçısı Sadiq Məmmədzadə avtoqol müəllifi olub. 35-ci dəqiqədə Umarali Raxmonaliyev fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə Kahim Parris komandasının üçüncü qoluna imza atıb.
Bölgə komandasının heyətində 90-cı dəqiqədə Ronaldo Souza adını tabloya yazdırıb.
Ehtiyatda bir oyunu olan "Sabah" 15 xalla ikinci pillədə qərarlaşıb. "İmişli" 4 xalla səkkizincidir.
Günün ilk görüşündə "Turan Tovuz" "Zirə"ni üstələyib - 1:0.
Xatırladaq ki, tura sentyabrın 20-də yekun vurulacaq. Ötən gün "Neftçi" "Qəbələ"ni (3:0), "Qarabağ" "Şəfa"nı (1:0) məğlub edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)