“Barselona” Rafinya ilə bağlı qərarını verdi

19 Sentyabr 2026 20:23

"Barselona" braziliyalı vinger Rafinya ilə müqavilənin müddətinin uzadılması barədə razılığa gəlib.

Milli.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Deku "Mundo Deportivo"ya açıqlamasında bildirib.

"Rafinya ilə müqavilənin uzadılmasına gəlincə, hər şey həll olunub. Dünən axşam müqavilənin 2029-cu ilədək uzadılması barədə razılığa gəldik", - Deku deyib.

29 yaşlı Rafinya 2022-ci ildən "Barselona"nın formasını geyinir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilədək nəzərdə tutulub.

Braziliyalı futbolçu "Barselona"nın heyətində üç dəfə İspaniya çempionu olub, üç dəfə ölkə Superkubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb. Rafinya 2024/25 mövsümündə UEFA Çempionlar Liqasının bombardiri olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)