Türkiyənin məşhur serialı "Uzak şehir"də "Demir" obrazını canlandıran aktyor Ferit Kaya maraqlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az bildirir ki, aktyor avtomobil idarə edərkən Azərbaycanın görkəmli sənətkarı Şövkət Ələkbərovanın ifasında səslənən "Söz olmasaydı" mahnısını dinləyib.
Ferit Kaya həmin anları videoya çəkərək sosial media hesabında paylaşıb. Azərbaycanın klassik musiqi irsinin nümunələrindən birinin Türkiyənin tanınmış aktyoru tərəfindən dinlənilməsi izləyicilərin də diqqətindən yayınmayıb. (Musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)