Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar

19 Sentyabr 2026 20:10

Xəbər verdiyimiz kimi, Xalq artisti Faiq Ağayev və aparıcı Zümrüd Bədəlova arasında bir müddət əvvəl qalmaqal yaşanmışdı.

Milli.Az-ın məlumatına görə, oğlu ilə bağlı suala əsəbiləşən Faiq Ağayev aparıcıya sərt reaksiya göstərərək onun verilişinə bir daha dəvət olunmamasını istəyib.

Ötən gün isə müğənni və aparıcı məclislərdən birində qarşılaşıblar. Bir il davam edən küsülülükdən sonra tərəflər barışıblar.

Zümrüd həmin anları sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

"1 illik incikliyin barışığını səhnədə qeyd etdik. Bizim birlikdə illərimiz var. Nə az, nə çox - 25 il... Mənim həyatımdakı rolu böyükdür sənətkarımın". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)