Baş inspektor Bəhram Sərvər oğlu Əvəzov Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi, "Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" Gömrük Postuna rəis təyin edilib.
Milli.Az Unikal.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun əmr imzalayıb.
Qeyd edək ki, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanın sabiq rəisi Fərid Usubov 2025-ci ilin iyununda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun əmri ilə əvvəlcə sərəncama götürülmüş, eyni ilin dekabr ayında isə Hövsan limanında aşkarlanan külli miqdarda qaçaqmalçılıq (qanunsuz siqaret yükləri) işi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən həbs edilmişdir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)