Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın zamanı hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və Nizami rayonu C.Naxçıvanski küçəsində mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
xxx
Bakıda yaşayış binasında yanğın başlayıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində qeydə alınıb.
Buradakı yaşayış binalarının birində qəfil yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)