Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır

19 Sentyabr 2026 22:00

Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı, hərbi jurnalist Rövşən Cahangirov uzun fasilədən sonra efirə qayıdır.

Milli.Az xəbər verir ki, Rövşən Cahangirov ARB TV-də efirə çıxacaq. Onun hansı verilişlə efirə qayıdacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, R.Cahangirov illər əvvəl Lider TV-də aparıcılıq edib.

Xatırladaq ki, ötən mövsüm ARB TV-də aparıcılar Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər kanalla yollarını ayırıblar. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)