Rusiyada ayılara görə komendant saatı tətbiq edildi

19 Sentyabr 2026 11:43

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində qəhvəyi ayıların mütəmadi olaraq şəhər ərazisinə daxil olması və insanlara hücum etməsi səbəbindən komendant saatı tətbiq olunub.

Milli.Az xəbər verir ki, bu barədə şəhər administrasiyası məlumat yayıb.

Qərara əsasən, Baykalsk sakinləri və şəhərə gələn qonaqlar saat 19:00-dan sonra küçələrdə, parklarda və meşəlik ərazilərdə ola bilməzlər.

Həmçinin meşələrə giriş tamamilə qadağan edilib.

Hakimiyyət orqanları ev heyvanlarının meşəlik ərazilərdə və şəhər kənarında gəzdirilməsini qəti şəkildə qadağan edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)