Politoloq Tural İsmayılov yeni vəzifəyə təyin edilib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sektor müdiri vəzifəsinə təyinat alıb. T.İsmayılov daha öncə həmin qurumda baş mütəxəssis vəzifəsində çalışırdı.
Qeyd edək ki, o əvvəllər Sosial Tədqiqatlar Mərkəzində fəaliyyət göstərib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)