"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB

19 Sentyabr 2026 10:54

"Volkswagen" konserni texniki nasazlıq riski ilə əlaqədar ABŞ-də 208 724 avtomobili geri çağırır.

Milli.Az xəbər verir ki, "Reuters"in məlumatına görə, servis kampaniyası 2018-ci il istehsalı olan "Tiguan", 2018-2019-cu illərin "Atlas" və 2019-2021-ci illərdə buraxılmış "Audi Q3" modellərini əhatə edir. Prosesə ABŞ Milli Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsi (NHTSA) nəzarət edəcək.

Geri çağırılmaya səbəb sükan valının bərkidici boltunun korroziyaya uğrayaraq sınma ehtimalıdır. Bu nasazlıq sürücünün avtomobil üzərində idarəetməni itirməsinə və qəza riskinin artmasına səbəb ola bilər. 

Servis kampaniyası çərçivəsində avtomobillərin nasaz boltları yeniləri ilə əvəzlənəcək. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)