Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)

19 Sentyabr 2026 09:59

18 sentyabr - Milli Musiqi Günü münasibətilə, dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 141-ci ildönümü və Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş konsert proqramı keçirilib.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Kamera orkestrinin təqdim etdiyi konsert proqramında Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsindən nümunələr səsləndirilib, konsertdə Gəncə Dövlət Filarmoniyasının rəqs kollektivi də çıxış edib.

Konsert proqramı Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsinin təbliği, Azərbaycan professional musiqisinin inkişafında onun müstəsna rolunun bir daha nümayiş etdirilməsi və milli musiqi ənənələrinin yaşadılmasına xidmət edib.

Səsləndirilən əsərlər və çıxışlar tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)