"Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq" - (Video)

19 Sentyabr 2026 14:04

Rəqqasə və xına məclislərinin təşkilatçısı Fatimə Fətəliyeva canlı efirdə keçmiş həyat yoldaşı ilə münasibətindən danışıb.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, ayrılsalar da, övladının atası ilə yaxın dostluq münasibətlərini qoruyub saxlayırlar.

"Oğlumun atası ilə çox möhkəm dostuq, ayrılsaq da. Bundan gözəl nə olar? Səhər həkimdən mənə şəkil göndərdi, çox narahat oldum, o dəqiqə zəng etdim. Bilirəm ki, mən yatağa düşsəm, o yanımda olacaq. Ona bir şey olsa, mən də eyni hərəkəti edəcəyəm. O, əla atadır", - deyə Fatimə Fətəliyeva bildirib.

Aparıcı Elgiz Əkbər isə sənətçinin fikirləri ilə razılaşmayıb. O, keçmiş həyat yoldaşları arasında bu qədər yaxın münasibətin olmasını anlamadığını bildirib.

"Belə şeyi qəbul etmirəm. Niyə sənin kimi gözəl xanım onun yanında olmamalıdır? Mənə çatmır. Deyirlər ki, düşmən deyilik, belə mehribansınız, dost qalırsınız, can deyib can eşidirsinizsə, daha niyə ayrıldınız?" - deyə Elgiz söyləyib.

Sənətçinin keçmiş həyat yoldaşı ilə bağlı açıqlaması və aparıcının reaksiyası efirdə müzakirələrə səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)