Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlarda həzm şikayətlərinə yol aça bilər.
Milli.Az xəbər verir ki, qatıq faydalı bakteriyalarla zəngin qidalı süd məhsulu kimi tanınır. Buna baxmayaraq, bananla birlikdə yeyildikdə bəzi insanlarda həzm sistemi narahatlıqları müşahidə oluna bilər. Xüsusilə həssas həzmə malik şəxslərdə köp, qarın ağrısı və ishal kimi şikayətlər ortaya çıxa bilər.
İnək südündə olan laktozun həzm edilməsi laktoz dözümsüzlüyü (intoleransı) olan insanlar üçün onsuz da çətin ola bilər. Bananın tərkibindəki bəzi karbohidratlarla birlikdə istehlak edilməsi isə həmin şəxslərdə həzm prosesini daha da narahatedici edə bilər. Buna görə də süd və banan istehlakından sonra köp və ya bağırsaq problemi yaşayanların fərdi dözümlülüyünü nəzərə alması vacibdir.
Buğda məhsulları ilə də yeyilir
Bananlı sendviç, bananlı pankek və bənzər reseptlər gündəlik qidalanmada olduqca yaygındır. Lakin bəzi insanlarda bananın çörək və digər buğda məhsulları ilə birlikdə istehlak edilməsi həzm prosesinin daha ağır getməsinə səbəb ola bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)