Ermənistanın sabiq maliyyə naziri Qagik Xaçatryan məhkəmə iclasından sonra məhkəmə binasından tibbi xərəkdə çıxarılıb.
Milli.Az xəbər verir ki, Xaçatryanın vəziyyəti ağır olduğundan məhkəmə binasının qarşısında təcili tibbi yardım avtomobili gözləyib.
Qeyd edək ki, daha əvvəl sabiq nazir barəsində yeni cinayət işi başlanıldığı açıqlanmışdı. Yeni iş onunla bağlı artıq mövcud olan cinayət işi ilə birləşdirilib.
İstintaqın məlumatına görə, birləşdirilmiş işlər üzrə vurulmuş ümumi zərərin məbləği təxminən 1,5 milyard dollar təşkil edir.
Xaçatryan sentyabrın 2-də həbs edilib. Onun vəkilləri sabiq nazirə qarşı qeyri-insani rəftar tətbiq edildiyini bildiriblər.
Məsələ ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanlarının mövqeyi də diqqət çəkir. (musavat.com)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)