"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər

18 Sentyabr 2026 23:13

Aparıcı Elgiz Əkbər tələbəlik illərində yaşadığı çətinliklərdən danışıb.

Milli.Az xəbər verir ki, o, "Şadlıq olsun" yutub layihəsində günlərlə ac qaldığını bildirib:

"Ac qalmağın dəhşətini ola bilər ki, bəzi vətəndaşlar yaşamayıb. Mən olurdu ki, tələbə vaxtı 2 gün ac qalırdım, amma heç kimə əyilmirdim. Kartofu duzlayıb yeyirdim. O vaxt vəziyyət çətin idi. İnsanların çoxu belə yaşayırdı. Elə olurdu ki, heç duz da tapılmırdı. Bunu yaşamayanlar, dilinizi iki metr uzatmayın". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)